15 Noyabr 2025, 08:19
FUTBOL
Bukayo Saka "Arsenal"dan ayrılmaq istəmir.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, 24 yaşlı cinah yarımmüdafiəçisi bütün karyerasını London klubunda keçirmək istəyir. "Topçular" da eyni düşüncədədirlər.
Yeni müqavilə üçün danışıqların yaxşı getdiyi bildirilir. Tərəflərin tezliklə müqavilənin bütün şərtləri barədə razılığa gəlməsi gözlənilir.
Qeyd edək ki, bu mövsüm Saka Premyer Liqada 9 oyun keçirib və 3 qol vurub.












