İtaliya nəhəngləri "İnter" və "Milan" "Lids"in qapıçısı İlan Meslyer ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Meslyerin "Lids"lə müqaviləsi 2026-cı ilin yayında başa çatır və çox güman ki, yenilənməyəcək. Buna görə də, ingilis klubu 25 yaşlı qapıçını yanvarda mübasib qiymətə satmaq istəyir.
"İnter" və "Milan"ın daimi qapıçıları Yann Sommer və Mayk Meynenin müqavilələri də müvafiq olaraq 2026-cı ilin yayında başa çatır. Meyne "Milan"la müqaviləsini yeniləmək istəmir, "İnter" isə yaşına görə Sommerlə müqaviləsini davam etdirməkdə tərəddüd edir. İsveçrəli oyunçu dekabrda 37 yaşına çatacaq.
Məhz buna görə də hər iki Milan klubu qapıçılar bazarını fəal şəkildə izləyir. Hər iki klubun Meslyerin agenti Pini Zahavi ilə yaxşı münasibətləri var. Fransalı qolkiperin transfer dəyəri hazırda 14 milyon avro olaraq qiymətləndirilir.





_1763488881.jpg)






