18 Noyabr 2025, 19:12
TOP OYUNLARI
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü oyununu da qələbə ilə başa vurub.
Matc.az xəbər verir ki, yığmamız A qrupunun qarşılaşmasında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra millimiz qrupunu ilk sırada tamamlayıb.





_1763488881.jpg)





