26 Noyabr 2025, 12:10
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turnirdə "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" doğma meydanda "Benfika"nı qəbul edib. Qarşılaşma Portuqaliya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk qələbəsini qazanan "Benfika" turnir cədvəlinin 29-cu pilləsində qərarlaşıb. Bütün oyunlarda uduzan "Ayaks" isə sonuncu yerdədir.
Qeyd edək ki, "Ayaks" Çempionlar Liqasında növbəti oyununu 10 dekabr tarixində Bakıda "Qarabağ"a qarşı keçirəcək.
"Ayaks" - "Benfika" 0:2
Qollar: Samuel Dal, 6, Leandro Barreryo, 90












