"Biz doğru siqnallar verməli idik, xüsusilə də özümüzə. Çətin həftələr yaşamışdıq. Lakin bizə ünvanlanan bütün suallara iki vacib cavab verdik".
“Napoli” UEFA Çempionlar Liqasının V turunda öz meydanında “Qarabağ”ı 2:0 hesabıilə məğlub edib.
Matc.az xəbər verir ki, oyundan sonra Neapol təmsilçisinin müdafiəçisi Covanni Di Lorentso komandasının çıxışı barədə danışıb:
“Biz doğru siqnallar verməli idik, xüsusilə də özümüzə. Çətin həftələr yaşamışdıq. Lakin bizə ünvanlanan bütün suallara iki vacib cavab verdik. Çempionlar Liqasında yenidən qələbə yoluna qayıtmaq, bu qələbə hesabına daha bir neçə xal qazanmaq istəyirdik. Xüsusən də bu gün Maradonanın ölümünün ildönümüdür. Nəticə etibarilə bu, möhtəşəm gecə oldu və qalib gəldiyimiz üçün xoşbəxtik".












