27 Noyabr 2025, 13:58
ÇEMPİONLAR LİQASI
"Bavariya"nın futbolçusu Lennart Karl UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Matc.az xəbər verir ki, almaniyalı hücumameyilli yarımmüdafiəçi buna Liqa mərhələsinin V turunun "Arsenal"la səfər oyununda (1:3) fərqlənməklə nail olub.
Karl turnirdə start heyətində meydana çıxdığı ilk matçda qol vuran ən gənc oyunçu olub. Almaniya U-21 millisinin üzvü 17 yaş 277 günlük ikən bu uğura imza atıb.
Qeyd edək ki, Lennart Karl 2022-ci ildə "Bavariya"nın akademiyasına qoşulub. Gənc istedad bu mövsüm Münhen təmsilçisinin heyətində keçirdiyi 17 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.








_1764249604.jpg)



