"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu "Olimpiakos"a qarşı dörd qol vuraraq komandasına qələbə qazandırıb.

Səsvermədə Mbappe Vitinyonu ("Tottenhem"ə qarşı het-trik), Obameyanqı ("Nyukasl"a qarşı dubl) və Qirassini ("Vilyarreal"a qarşı dubl) qabaqlayıb.

Qeyd edək ki, Mbappe bu mövsüm klub səviyyəsində 18 oyununda meydana çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib. O, hazırda 9 qolla Çempionlar Liqasının bombardiridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest