Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema 2026-cı il dünya çempionatı üçün Fransa millisinə qayıda biləcəyini açıqlayıb.

Matc.az xəbər verir ki, o, bu barədə "L'Équipe" qəzetinə verdiyi müsahibədə danışıb.

"Kim dünya çempionatında oynamaq istəməz ki? Hamı bu turnirdə oynamaq istəyir. Dəvət alanda gəlib oynayıram. Məqsədlərim var. Futbolu və qalib gəlməyi sevirəm. Kubokları da sevirəm. Mənim üçün ən vacib şey budur. Milli komandaya çağırılanda, gəlib futbol oynayıram. Vəssalam", - Benzema deyib.

Benzema 2022-ci ildə Fransanın dünya çempionatının finalında Argentinaya məğlubiyyətindən (3:3, penaltilərdə 2:4) sonra milli karyerasını başa vurub.

37 yaşlı futbolçu 2007-ci ildən Fransa millisində oynayıb, 97 oyun keçirib və 37 qol vurub. 2021-ci ildə hücumçu milli komanda ilə Millətlər Liqasının qalibi olub. 2022-ci ildə Benzema Fransanın "France Football" jurnalı tərəfindən dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest