Rafinya Çempionlar Liqasının kubokunu qazanmadan "Barselona"nı tərk etmək niyyətində deyil.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" futbolçunun ətrafına istinadən məlumat yayıb.

29 yaşlı vinger ən nüfuzlu klub turnirinin qalibi olmadan “Barselona”dakı mərhələsini başa çatmış hesab etmir. Məhz Çempionlar Liqası titulu onun şəxsi məqsədidir.

Rafinya “Barselona” ilə birlikdə beş titul qazanıb. Braziliyalı futbolçu iki dəfə İspaniya çempionluğu, İspaniya Kuboku və iki dəfə ölkə Superkubokunda sevinc yaşayıb. Lakin Avropa kuboku olmadan bu uğurlar futbolçunu tam qane etmir.

Qeyd olunur ki, Rafinya Avropadan kənar klublardan bir neçə sərfəli təklif alsa da, yüksək maliyyə şərtlərinə baxmayaraq onları rədd edib.

Bu yaxınlarda Rafinia “Barselona” ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzadıb. Razılaşmanın müddətinin komandanın bir çox digər liderləri ilə müqayisədə daha qısa olması, futbolçunun qarşıya qoyduğu məqsədə çatdıqdan sonra klubdakı çıxışlarını başa vurmağı planlaşdırdığını göstərə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest