“Mançester Yunayted”in lideri Bruno Fernandeş qış transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanı klublarından heç birinə keçməyəcək.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi hələ də Pro Liqa təmsilçilərinin maraq dairəsindədir. Lakin qışda kapitanın transferi ilə bağlı razılaşma hazırda real hesab edilmir.
Daha əvvəl portuqaliyalı futbolçu ilə “Əl-Nəsr”, “Əl-İttihad” və “Əl-Hilal” klubları maraqlanmışdı. “Mançester Yunayted”in rəhbərliyi onun qiymətini 60 milyon funt sterlinqdən yuxarı müəyyənləşdirib. Bu məbləğ Bruno Fernandeşin müqaviləsinin bitməsinə bir il qalmış, 2026-cı ilin yay transfer pəncərəsində aktual olacaq.
Fernandeş cari mövsümdə 17 oyunda iştirak edib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib.





_1766070628.jpg)






