Viktor Dyökereş İsveç Futbol Federasiyasının versiyasına görə ölkəsində 2025-ci ilin ən yaxşı hücumçusu seçilib.
Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu bu mükafatı ardıcıl üçüncü ildir qazanır.
"Arsenal"ın forvardı bu dəfə səsvermədə “Liverpul”un hücumçusu Aleksandr İsak və “Seltik”də çıxış edən Benyamin Nüqreni qabaqlayıb.
İsveç Futbol Federasiyası Viktorun fiziki üstünlüyünü, sabit oyununu və matçların həlledici anlarında nəticəyə təsir etmək bacarığını xüsusi vurğulayıb. Mükafatla bağlı fikirlərini bölüşən Yokereş etiraf edib ki, 2025-ci il onun üçün böyük dəyişikliklər və nailiyyətlər ili olub:
“Bu, hadisələrlə zəngin bir il idi. Biz "Sportinq"lə liqanı və kuboku qazandıq. Bu tarixin bir hissəsi olmaq inanılmaz idi. Daha sonra "Arsenal"a transfer oldum. Belə bir mühitdə oynamaq fantastikadır. Mükafatı aldığım üçün çox qürurlu və xoşbəxtəm".
Qeyd edək ki, "Arsenal" Viktor Dyökereşi mövsümün əvvəlində "Sportinq"dən 65 milyon avroya transfer edib.












