Argentina "San-Lorenso"sunun və Paraqvay millisinin qapıçısı Orlando Hil karyerasını Fransanın "Lill" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, transferin bütün şərtləri artıq razılaşdırılıb. "San-Lorenso" öz oyunçusu üçün 3,6 milyon avro və futbolçunun növbəti satışından əldə olunacaq məbləğin 50 faizini alacaq. Hil ilə şəxsi müqavilənin şərtləri də artıq öz həllini tapıb.
26 yaşlı qapıçı 2026-cı il dünya çempionatında özünü yaxşı tərəfdən göstərməyi bacarıb. Onun "San-Lorenso" ilə müqaviləsi 2027-ci ilin dekabr ayının sonuna qədər qüvvədədir.
Ümumilikdə Paraqvay millisinin heyətində 11 matçda meydana çıxan qolkiper komandası ilə birlikdə dünya çempionatının 1/8 finalına yüksəlib və həmin mərhələdə Almaniya yığmasını penaltilər seriyasında məğlub edib.










_1787573490.jpg)


