14 Yanvar 2026, 10:35
MPL
Mövsümün ikinci yarısının hazırlığını davam etdirən "Qəbələ" bu gün ikinci yoxlama oyununu keçirəcək.
Matc.az xəbər verir ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasınında baş tutacaq matç saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk yoxlama oyununu klubun əvəzedici komandasına qarşı keçirib və 7:0 hesablı qələbə qazanıb. "Qəbələ" isə "Kəpəz"i məğlub edib (3:1).












