14 Yanvar 2026, 13:57
MPL
"Qarabağ"ın Antalyada keçirəcəyi növbəti yoxlama oyunlarının vaxtı açıqlanıb.
Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etidyi kollektiv 16 yanvar tarixində iki görüş keçirəcək.
Ağdam təmsilçisi öncə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. Matç saat 12:00-da start götürəcək. "Qarabağ"ın ikicni qarşılaşması isə "Zaqlebie"yə (Polşa) qarşı olacaq. Oyun saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Türkiyədə keçirdiyi ilk hazırlıq matçında Özbəkistanın "Neftçi" (Fərqanə) klubuna 5:0 hesabı ilə qalib gəlib.












