"Başımı dik tutaraq buradan ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram".
"Sabah"dan ayrılaan Boyan Letiç sosial şəbəkə hesabında paylaşım edib.
Matc.az xəbər verir ki, Besniya və Herseqovinadan olan müdafiəçi kluba minnətdarlığını bildirib:
"Yollarımız ayrılsa da, “Sabah” əbədi olaraq ürəyimdə xüsusi yer tutacaq. Başımı dik tutaraq buradan ayrılıram və sizə ən böyük nailiyyətlər arzulayıram. Etibarlarına görə rəhbərliyə, dəstəyə görə məşqçilər heyətinə və çiyin-çiyinə mübarizə aparan hər bir komanda yoldaşıma minnətdaram. Amma hər şeydən əvvəl azarkeşlərə səmimi təşəkkürümü bildirirəm: hər matçda qeyd-şərtsiz dəstəyiniz mənim ən böyük güc mənbəyim idi. Səmimiyyətinizi heç vaxt unutmayacağam. "Sabah" və Bakı həmişə mənim evim olacaq”.












