20 Yanvar 2026, 11:49
FUTBOL
“Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta London klubunun rəhbərliyinə karyerasını “Yuventus”da davam etdirməyə hazır olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo SKira məlumat yayıb.
Klublar arasında danışıqlar uğurla irəliləyir. Fransalı forvard bu həftənin sonuna qədər Turin təmsilçisinə qoşula bilər. “Yuventus” 28 yaşlı futbolçunu məcburi satınalma şərti ilə icarə əsasında transfer etməyi planlaşdırır. Satınalma məbləği 30 milyon avro təşkil edəcək.
Mateta bu mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 33 oyunda iştirak edib, 10 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.




_1768910603.jpg)

_1768906618.jpeg)





