"İnter" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VII turunda doğma meydanda "Arsenal"ı qəbul edəcək.

Matc.az xəbər verir ki, Milan təmsilçisi oyuna ciddi itki ilə çıxacaq. Hakan Çalhanoğlu zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Qeyd edək ki, Hakan Çalhanoğlu bu mövsüm "İnter"in heyətində keçirdiyi 22 oyunda 8 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest