27 Yanvar 2026, 11:41
ÇEMPİONLAR LİQASI
"Liverpul" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VIII turunda doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Matc.az xəbər verir ki, İngiltərə çempionu oyuna ciddi itkilərlə çıxacaq. 5 futbolçu komandaya kömək edə bilməyəcək.
Co Qomes, Konor Bredli, Covanni Leoni və Aleksander İsak zədəlidir. İbrahim Konateyə isə atası vəfat etdiyi üçün icazə verilib.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" qarşılaşması yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.












