28 Yanvar 2026, 21:51
FUTBOL
"Latsio" "Poqon"un 19 yaşlı yarımmüdafiəçisi Adrian Pşiboreki heyətinə qatır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, "Latsio" 19 yaşlı futbolçunun transferi ilə bağlı Polşa klubu ilə razılığa gəlib.
Transfer dəyəri 4,5 milyon avro təşkil edəcək. Müqaviləyə həmçinin bonuslar və oyunçunun gələcək satış dəyərinin 20% faizi də daxildir.












