28 Yanvar 2026, 19:28
MPL
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVII turunun oyunlarında qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Matc.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, "İmişli" – "Araz-Naxçıvan" (2:2) və "Sabah" – "Karvan-Yevlax" (4:1) matçlarındakı ümumilikdə 5 mübahisəli epizodu dəyərləndirib.
Mütəxəssis hakimlərin həmin vəziyyətlər zamanı düzgün qərarlar verdiyini bildirib.












