28 Yanvar 2026, 21:00
FUTBOL
Ötən həftə "Bavariya" UEFA Çempionlar Liqası Liqa mərhələsinin 7-ci turunda "Union"u 2:0 hesabı ilə məğlub edərək qapısını 115-ci dəfə toxunulmaz saxlayıb.
Matc.az xəbər verir ki, Münhen klubunun bu nailiyyəti Çempionlar Liqası tarixində yeni rekorddur.
Əvvəlki rekord hər birində 114 oyunla "Barselona" və "Real" komandalarına məxsus idi.
Qeyd edək ki, Çempionlar Liqasının 7 turundan sonra "Bavariya" 18 xalla turnir cədvəlində ikinci yerdədir. Bu gün keçiriləcək son turda münhenlilər Niderland səfərində PSV ilə qarşılaşacaq.












