"Paris" 35 yaşlı təcrübəli hücumçu Çiro İmmobilenin transferini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliya millisinin sabiq hücumçusu ilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. İmmobile Fransada 36 nömrəli formanı geyinəcək.
İtaliyalı gücumçunun son klubu "Bolonya" olub və orada cəmi 9 oyun keçirib.
Futbol karyerası ərzində təcrübəli hücumçu "Yuventus", "Beşiktaş", "Cenoa", "Torino", "Borussiya", "Sevilya", "Siena", "Sorrento", "Qrosseto", "Bolonya" və "Latsio" da daxil olmaqla bir sıra klublarda oynayıb. O, ən çox "Latsio"da oyun keçirib - 340 (207 qol və 55 məhsuldar ötürmə).
İmmobile həmçinin İtaliya millisində 57 oyun keçirib (17 qol və 8 məhsuldar ötürmə) və 2021-ci il Avropa Çempionatını qazanıb.











