19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı üçün bu gün Özbəkistana yola düşəcək. 

Matc.az xəbər verir ki, U-19 Daşkənddə baş tutacaq hazırlıq çərçivəsində fevralın 4-də və 7-də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 14:00-da başlanması planlaşdırılır.

1. Nərgiz Ağaliyeva - Şəfa FK
2. Firuzə Bayramova - Dirçəliş FK
3. Bədriyyə Mavludova - Şəfa FK
4. Məsumə Nəzərli - Neftçi PFK
5. Arzu Cəfərova - Şəfa FK
6. Aygün Novruzova - Sabah FK
7. Yelizaveta Vaysman - Şəfa FK
8. Pərişan Abdullayeva - Liman FK
9. Aysel Cumayeva - Liman FK
10. Ülviyyə İslamova - Baku Juniors FK
11. Arzu Ağaliyeva - Şəfa FK
12. Mədinə Qədiməliyeva - Şəfa FK
13. Vahidə Əlipaşayeva - Dirçəliş FK
14. Səma Əsədova - Sabah FK
15. Mədinə Curuqova - Neftçi PFK
16. Ayşən Salamzadə - Neftçi PFK
17. Xanım Əsədova - Neftçi PFK

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest