02 Fevral 2026, 11:12
FUTBOL
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo Kərim Benzemanın "Əl-İttihad"dan "Əl-Hilala" keçidinə qarşıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Yagız Sabuncuoğlu paylaşıb.
Bildirilir ki, portuqaliyalı futbolçu bu keçidin ədalətli rəqabətə zərər verəcəyini iddia edir.
"Əl-Hilal"ın fransız hücumçu ilə maraqlandığı və hazırkı klubunun onun üçün ən azı 25 milyon avro tələb etdiyi bildirilir.
Qeyd edək ki, Benzema bu mövsüm "Əl-İttihad"ın heyətində bütün yarışlarda 21 oyuna çıxıb və 16 qol vurub. "Transfermarkt"da futbolçunun dəyəri 6 milyon avrodur.












