Ukrayanın "Rux" klubunun müdafiəçisi Vitali Roman "Udineze"nin maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "TaToTake" məlumat yayıb.

A Seriyası klubu sağ cinah müdafiəçisində ciddi kadr problemləri yaşayır. "Napoli"yə məxsus olan əsas heyət müdafiəçisi Alessandro Zannolinin çarpaz bağı qopub və yaya qədər oynaya bilməyəcək.

Anqoladan olan digər sağ cinah müdafiəçisi Rui Modesto da zədə alıb. Hazırda onun nə vaxt qayıdacağı məlum deyil.

"Udineze" nümayəndələri Romanın mümkün transferi ilə bağlı əlaqə saxlayırlar. Rəsmi təklif edilərsə, təzminat 1 milyon avrodan çox olacaq.

Qeyd etmək lazımdır ki, Vitali Roman bu mövsüm "Rux"da 9 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Müdafiəçi həmçinin Ukraynanın 21 yaşadək futbolçulardan ibarət komandasında 16 oyun keçirib, 1 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest