"Roma" hazırda "Selta"da icarə əsasında oynayan "Bavariya"nın cinah hücumçusu Brayan Saraqosa ilə müqavilə bağlamağa yaxındır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano paylaşıb.

Bildirilir ki, İtaliya və Almaniya klubları məcburi ola biləcək satın alma seçimi ilə icarə müqaviləsi bağlamağa şifahi razılaşıblar. İspaniya klubu isə icarə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün kompensasiya alacaq.

Qeyd edək ki, bu mövsüm Saraqosa 26 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Oyunçunun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt"da fuynolçunun dəyəri 10 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest