Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Matc.az xəbər verir ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.
“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb – “Səbail” – “Qarabağ” – 0:1, “Sabah” – “Sumqayıt” – 0:0, “Kəpəz” – “Neftçi” – 0:2, “Araz-Naxçıvan” – “Zirə” – 1:0.
Bunadək isə 2004/05 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib – “Neftçi” – “İnter” – 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” – 0:0, MOİK – “Xəzər Lənkəran” – 0:1, “Karat” – “Bakı” – 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/98 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub – “Dinamo” – “Qarabağ” – 0:0, “Kəpəz” – “Bakılı” – 0:0, MOİK – “Neftçi” – 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” - -:+.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/97 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.





_1770399814.jpg)






_1770389264.jpg)