06 Fevral 2026, 19:10
FUTBOL
"Əl-Nəsr"in hücumçu və komanda kapitanı Kriştiano Ronaldonu Səudiyyə Pro Liqasının 21-ci turunda "Əl-İttihad"a qarşı qarşılaşmada oynamağa razı salmaq üçün etdiyi bütün cəhdlər uğursuz olub.
Matc.az xəbər verir ki, bu barədə "Arriyadiyah" məlumat yayıb.
Bildirilir ki, Ər-Riyad klubu 41 yaşlı hücumçunu "Əl-Nəsr"in sahiblərindən davamlı narazılığı səbəbindən oynamağa razı sala bilməyib. Bu narazılıq qış "transfer pəncərəsi" dövründə yeni transferlərin olmaması, eləcə də baş direktor Xose Semedo və idman direktoru Simao Koutinyonun klubdan kənarlaşdırılması ilə bağlıdır.







_1770399814.jpg)




