06 Fevral 2026, 22:37
FUTBOL
"Real"ın vingeri Rodriqo İspaniya La Liqasının 23-cü turunda "Valensiya" ilə qarşılaşmadan öncə zədələnib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
Madrid klubunun tibbi heyəti tərəfindən bu gün keçirilən tibbi müayinəsindən sonra Rodriqonun sağ ayağında bud əzələsinin tendinoz diaqnozu qoyulub. Zədə ilə bağlı daha sonra əlavə açıqlamaların veriləcəyi bildirilib.
Qeyd edək ki, 25 yaşlı braziliyalı futbolçu bu mövsüm İspaniya çempionatında 18 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.










_1770399814.jpg)

