09 Fevral 2026, 11:53
FUTBOL
"Torino" "Napoli"dən icarəyə götürdüyü Covanni Simeone ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi argentinalı forvardın transfer hüquqlarına yiyələnəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Torino" Simeone üçün 7 milyon avroluq satınalma bəndini işə salacaq. Bundan sonra 30 yaşlı hücumçu ilə 2+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Torino" Covanni Simeoneni mövsümün əvvəlində icarəyə götürüb. Təcrübəli futbolçi komandanın heyətində keçirdiyi 21 oyunda 5 qol vurub, 1 qol ötürməsi edib.












