09 Fevral 2026, 14:04
FUTBOL
"Qalatasaray" qış transfer pəncərəsinin son günündə "Barselona"nın yarımmüdafiəçisi Mark Bernalı transfer etmək istəyib.
Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İstanbul nəhəngi ispaniyalı futbolçu üçün onun klubuna 30 milyon avroluq təklif göndərib. "Sarı-qırmızılar" 18 yaşlı dayaq yarımmüdafiəçisinin özünə isə hazırkı maaşının 3 qatını təklif edib.
Kataloniya təmsilçisi "Qalatasaray"ın təklifini qəbul etməyib və gənc oyunçu komandada qalıb.
Qeyd edək ki, Mark Bernal bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 18 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












