09 Fevral 2026, 23:55
FUTBOL
"Tottenhem"in hücumçusu Rişarlison ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Flamenqo" braziliyalı forvardı transfer etmək istəyir. "Qırmızı-qaralar" 28 yaşlı futbolçu üçün yayda 30 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Braziliya millisinin üzvü olan Rişarlison bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 31 oyunda 8 qol vurub, 3 qol ötürməsi edib.












