I Liqada mübarizə aparan "Baku Sportinq"in əsas komandasının üzvləri AFFA-nın inzibati binasında təşkil edilən danışılmış oyunlarla bağlı seminarda iştirak edib.

Matc.az xəbər verir ki, federasiyanın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri Naib Əsədov komandanın üzvlərinə danışılmış oyunlarla bağlı manipulyasiya halları haqqında ətraflı məlumat verib.

Seminar zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Qeyd edək ki, maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest