İcarə əsasında "Betis"də çıxış edən Sofyan Amrabat La Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Vilyarreal" müqavilə ilə "Fənərbaxça"ya məxsus olan mərakeşli dayaq yarımmüdafiəçisini transfer etmək istəyir. Türkiyə klubu 29 yaşlı futbolçu üçün 10 milyon avro tələb edir.

Qeyd edək ki, Sofyan Amrabat mövsümün əvvəlindən "Betis"in formasını geyinir. Təcrübəli oyunçu komandanın heyətində 11 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest