09 Fevral 2026, 14:38
FUTBOL
"Atletiko"nun hücumçusu Xulian Alvares İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə bu barədə İspaniya mətbuatı məlumat yayıb.
"Çelsi" argentinalı forvardı transfer etmək istəyir. Madrid təmsilçisi Alvaresi satmağın əleyhinə deyil. Onlar oyunçu üçün 100 milyon avro tələb edəcəklər.
Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. 26 yaşlı futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 32 oyunda 11 qol vurub, 5 qol ötürməsi edib.












