09 Fevral 2026, 16:52
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la "ST James' Park"da keçiriləcək matçı izləmək və "Qarabağ"ı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər satışa çıxarılıb.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti 115 manatdır.
Azarkeşlər vauçerləri ilkin olaraq iTicket.az-dan əldə edə bilərlər. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək.
"Qarabağ" azarkeşləri üçün "ST James' Park"da 2466 yer ayrılıb.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-ü, Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, Bakı vaxtı ilə 00:0-da başlayacaq.












