12 Fevral 2026, 18:17
FUTBOL
"Real"ın hücumçusu Kilian Mbappe İspaniya La Liqasının 24-cü turunun "Real Sosyeedad"la matçında iştirak etməyəcək.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Fransalı forvardın dizində ağrılar davam edir. Buna görə da baş məşqçi Alvaro Arbeloa ayın 14-də keçiriləcək matçda Mbappeyə şans verməyəcək. 27 yaşlı futbolçu gələn həftə Çempionlar Liqası pley-off mərhələsinin "Benfika" ilə oyununa kimi hazır olacaq.
Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində keçirdiyi 31 oyunda 38 qol vurub, 5 qol ötürməsi edib.





_1770918220.jpg)
_1770917062.jpg)





