"Brayton"un qapıçısı Bart Verbruggen Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Çelsi" niderlandlı qolkiperi transfer etmək istəyir. "Qağayılar" 23 yaşlı "əlcək sahibi" üçün 50 milyon funt-sterlinq tələb edir. London klubu bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, "Brayton" Bart Verbruggeni 2023-cü ilin yayında "Anderlext"dən 20 milyon avroya transfer edib. Niderland millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 26 oyunda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest