18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 13-dən 16-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı keçəcək, fevralın 17-dən 24-dək isə Belarusun paytaxtı Minskdə Beynəlxalq İnkişaf Turnirində iştirak edəcək.

Matc.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

Bakı toplanışı üçün U-18-ə dəvət almış futbolçularla və oyunların təqvimi ilə sizi tanış edirik. Belarusa bu heyətdən 21 oyunçu aparılacaq.

1. Nurəziz Əzizov – Neftçi
2. Bilal Hacıyev – Qarabağ
3. Kamil Həsənov – Neftçi
4. Uğur Qurbanlı – Qarabağ
5. Rəşad Gülüşov – Sabah
6. Atacan Məmmədov - Marcet (İspaniya)
7. Səttar Tahirzadə - Marcet (İspaniya)
8. Muhamməd Çodarov - Marcet (İspaniya)
9. İsmayıl Səfərli – Neftçi
10. Əli Kiçibəyov - Turan Tovuz
11. Amin Rzayev – Qarabağ
12. Sahib Xəlilli – Neftçi
13. Elgün Duraxanov – Sabah
14. Eldar Abbasov – Qarabağ
15. Raul İsaqov - Kəpəz
16. Nihad Hüseynzadə - Sabah
17. Ruslan Xasiyev - Şinnik Yaroslavl (Rusiya)
18. Musa Mustafayev - Zirə
19. İbrahim Xəlilov – Sabah
20. Samir Şərifov – Sabah
21. Pünhan Kərimov - Marcet (İspaniya)
22. Emin Süleymanov – Neftçi
23. Əli Bəşirov – Qarabağ
24. Rüstəm Hüseynli – Neftçi
25. Kamal Zülfiyev – Sumqayıt
26. Nicat Kərimov - Sabah

19 fevral

13:50. Azərbaycan – Rusiya

20 fevral

14:20. Azərbaycan – Özbəkistan

21 fevral

16:40. Belarus – Azərbaycan

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest