15 Fevral 2026, 12:36
FUTBOL
ESPN "Gradient Sports"un ətraflı məlumatlarına əsaslanaraq İngiltərə Premyer Liqasının ən yaxşı və ən pis oyunçularının yenilənmiş reytinqini dərc edib.
Matc.az xəbər verir ki, "Mançester Siti"nin oyunçusu Canluici Donnarumma bu mövsüm ən etibarlı qapıçı olub.
O, zərbələri dəf etməkdə səhv etməyən yeganə əsas komanda qapıçısıdır.
Cari mövsüm Donnarumma bütün yarışlarda 30 oyun keçirib, 27 qol buraxıb. O, 13 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. Qolkiperin "Mançester Siti" ilə 2030-cu ilin iyun ayına qədər müqavilə var.
"Transfermarkt"da italyan qapıçının dəyəri 45 milyon avrodur.






.jpg копия_1771152096.jpg)





