"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedesko Türkiyə Superliqasında ardıcıl 19 oyununda məğlub olmayıb.

Matc.az "OptaCan"a istinadən xəbər verir ki, o, 1965-ci il qeydə alınan rekordu təkrarlayıb.

İstanbul klubu Superliqanın 22-ci turunda səfərdə "Trabzonspor"u 2:3 hesabı ilə məğlub edib. Tedeskonun rəhbərliyi altında komanda 19 çempionat oyununda 13 dəfə qələbə qazanıb və 6 heç-heçə edib. Tedesko bu nəticə ilə Oskar Holdun 1964-cü ilin oktyabrından 1965-ci ilin fevralına qədər olan, 19 oyunda məğlubiyyətsizlik seriyasını təkrarlayıb.

Qeyd edək ki, "Fənərbaxça" hazırda 22 oyundan sonra 52 xalla Türkiyə çempionatında ikinci yerdədir. Turnir cədvəlinə 55 xalla "Qalatasaray" liderlik edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest