"Real"ın iki oyunçusu Kilian Mbappe və Vinisius Junior ilk "beşliy"ə daxil olublar.

Futbolçu transfer dəyərlərinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış "Transfermarkt" portalı Avropanın TOP-5 çempionatında ən çox maaş alan oyunçuların reytinqini dərc edib.

Matc.az xəbər verir ki, "Real"ın iki oyunçusu Kilian Mbappe və Vinisius Junior ilk "beşliy"ə daxil olublar.

Birinci yerdə isə 31,6 milyon maaşla "Mançester Siti"nin hücumçusu Erlinq Haland qərarlaşıb.

Avropanın TOP-5 çempionatında ən çox maaş alan 5 oyunçu:

1. Erlinq Haland ("Mançester Siti") - 31,6 milyon avro
2. Kilian Mbappe ("Real") - 31,3 milyon avro
3-4. Harri Keyn ("Bavariya") - 25 milyon avro
3-4. Vinisius Junior ("Real") - 25 milyon avro
5. Məhəmməd Salah ("Liverpul") - 24,1 milyon avro

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest