PSJ UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Monako"nun qonağı olacaq.

Matc.az xəbər verir ki, Paris təmsilçisi görüşə ciddi itki ilə çıxacaq.

Usman Dembele komandaya kömək edə bilməyəcək. 28 yaşlı hücumçu zədəlidir.

Yarımmüdafiəçilər Fabian Ruislə Senni Mayulu da eyni səbəbdən matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, "Monako" - PSJ qarşılaşıması bu gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest