"Rəqibimiz Çempionlar Liqasını qazanmaq üçün bir nömrəli namizəd olan "Real"dır".

"Real"ın baş məşqçisi Alvaro Arbeloa UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Benfika" ilə ilə matçından əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis Liqa mərhələsinin sonuncu turunda Portuqaliya təmsilçisinə məğlub olduqları qarşılaşmanı (2:4) xatırlayıb. Arbeola bugünkü görüşə qisas hissi ilə çıxmayacaqlarını bildirib. 

"Biz həmişə qalib gəlməyi düşünürük. Məqsədimiz yalnız "Benfika"nı məğlub etmək deyil, Çempionlar Liqasını qazanmaqdır. Çünki bu loqo bunu tələb edir. Bizim üçün bu qarşılaşma qisas deyil, növbəti mərhələyə yüksəlmək məqsədidir. Buna görə də buradayıq. Kilian Mbappe zədəsini sağaldıb və bizimlədir. Oynayıb-oynamayacağını matç zamanı görəcəksiz".

"Benfika"nın baş məşqçisi Joze Mourinyo da matçla bağlı fikirlərini bölüşüb. O, "Real"ın favorit olduğunu qeyd edib:

"Rəqibimiz Çempionlar Liqasını qazanmaq üçün bir nömrəli namizəd olan "Real"dır. Şübhəsiz ki, fərqli matç olacaq. Çünki pley-off mərhələsi iki oyundan ibarətdir. Düşünmürəm ki, "Benfika"nın "Real"ı məğlub etməsi üçün möcüzə lazım olacaq. 12 il əvvəl "Real"dan ayrıldım. Bu 12 ildə dünyanın hər yerində tanış olduğum azarkeşlərlə təmaslarımda həmişə eyni hissləri keçirmişəm. İnsanlar mənə hörmət edir. Əlimdən gələni etdiyimi, səhv etdiyimi də bilirlər, amma ümumiyyətlə, insanlar mənə yüksək qiymət verirlər. Bu, mənim üçün fantastikdir. "Real"ı məğlub etmək istərdim. Amma Alvaro Arbeloanın La Liqanı qazanmasını və uzun illər klubda qalmasını çox istərdim. O, çox bacarıqlı məşqçidir, böyük şəxsiyyətə malik bir insandır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest