"Həm evdə, həm də səfərdə qalib gəlmək istəyirik. Oyunçularımıza və komandamıza inamım var".
PSJ UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Monako"nun qonağı olacaq.
Matc.az xəbər verir ki, parislilərin baş məşqçisi qarşılaşmadan öncə keçirilən mətbuat konfransında iştirak edib. İspaniyalı müütəxəssis komandasına inandığını deyib:
"Monako"nun itirəcək bir şeyi yoxdur. Onları tanıyırıq. Fransa komandası ilə oynayarkən Çempionlar Liqası haqqında düşünmək çətindir. Yaxşı oyunçuları olan iki komanda qarşılaşacaq. Bir neçə ay əvvəlki oyuna bənzər bir matç gözləyə bilərik. Həm evdə, həm də səfərdə qalib gəlmək istəyirik. Oyunçularımıza və komandamıza inamım var. Səfərdə qalib gəlməyin nə qədər çətin olduğunu anlamalıyıq. Amma özümüzə əminik, çünki bunu əvvəllər də etmişik".
"Monako"nun baş məşqçisi Sebastyan Pokonyoli isə rəqibin favorit olduğunu deyib:
"Mənim üçün ən böyük çağırış uğurlu mövsüm keçirməkdir. Bu oyun da həmin məqsədin bir hissəsidir. Qarşılaşma ətrafında əlavə təzyiq və ya xüsusi gözlənti yoxdur, hətta PSJ ilə Çempionlar Liqasında qarşılaşsaq belə. Rəqib turnirin hazırkı çempionudur. Bu il yenidən güclərini sübut etmək və kuboku qorumaq istəyirlər. Reallıq isə budur ki, biz autsayderik. Bu statusu qəbul etməli, növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələni etməliyik".









_1771326298.jpg)

