Artıq 27500 bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Qarabağ" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Nyukasl"ı qəbul edəcək.

Matc.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün bilet satışı davam edir.

Artıq 27500 bilet satılıb. Bu  barədə klubun mətbuat xidməti məlumat yayıb.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü sabah keçiriləcək və saat 21:45-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest