"İnter" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Budo Qlimt"in qonağı olacaq.

Matc.az xəbər verir ki, Milan təmsilçisi qarşılaşmaya ciddi itkiərlə çıxacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Hakan Çalhanoğlu əzələ zədəsi səbəbindən Norveç səfərində komandaya kömək edə bilməyəcək. Davide Frattezinin isə səhhətində problem var.

Qeyd edək ki, "Budo Qlimt" - "İnter" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest