17 Fevral 2026, 15:45
ÇEMPİONLAR LİQASI
"Nyukasl" UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.
Matc.az xəbər verir ki, İngiltərə təmsilçisi artıq Bakıya yola düşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün saat 20:30-da baş məşqçi Eddi Haunun mətbuat konfransı olacaq. Saat 21:00-da isə komanda oyunöncəsi son məşqini həyata keçirəcək.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də start götürəcək.




_1771341431.jpg)







