"Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısıda oynayacağıq. Çətin rəqibdir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, uğurlu nəticə əldə edək".
“Qarabağ”ın futbolçusu Kamilo Duran Çempionlar Liqasının pley-off mərhələsində sabah “Nyukasl”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, kolumbiyalı hücumçu jurnalistlərlə görüşdə bunları deyib:
– Fərqindəyik ki, bizi tarixi və çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısıda oynayacağıq. Çətin rəqibdir. İstənilən halda, əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək, uğurlu nəticə əldə edək.
– Turnirdəki son oyununuzda İngiltərə komandasına qarşı olub. Hansı təcrübəni götürmüsüz ki, məhz o məqamda diqqətli olmaq lazımdır?
– İngiltərə klubları fiziki güclüdür və sürətli oynayırlar. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq.
– “Qarabağ”la Çempionlar Liqasında keçdiyiniz yol sizə nələr verib?
– Mənimçün çox xoşdur, xoşbəxtəm. “Qarabağ”da bu yolu keçmək karyeramın ən uğurlu dönəmidir. Gəncəm və daha inamlı olmalıyam. Üzərimdə işləməli, sürətli olmalıyam. Bu keyfiyyətlərimi inkişaf etdirməliyəm.
– Bu mövsüm effektiv performans sərgiləməyin Kolumbiya yığmasına düşə bilməyinə kömək edə bilər? Ümumiyyətlə, bu, nə dərəcə realdır, təklif olubmu?
– Bu mövsüm uğurlu keçir. Milli komandada oynamaq uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam etsə, yığmaya düşməyə daha yaxın olaram. Hamı dünya çempionatında oynamaq istəyər. İndiki məqamda hansısa dəvət yoxdur.
– Qol vursan, Çempionlar Liqasında tarixə düşəcəksən…
– Hazıram. Ötən həftə məşqlərdə “Nyukasl”ı da düşünürdüm. Qol vurmağa hazıram.







_1771343397.jpg)
_1771341431.jpg)



