"Mançester Siti" "Nyukasl"ın sağ cinah müdafiəçisi Valentino Livramentonu transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə talkSPORT məlumat yayıb.

Bildirilir ki, Mançester klubu bir neçə aydır ki, 23 yaşlı müdafiəçini izləyir. "Nyukasl"ın isə oyunçunun müqaviləsini uzatmağa çalışır.

Qeyd edək ki, bu mövsüm Livramento bütün yarışlarda 19 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 40 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest